İdman 

İbrahimoviç Azərbaycan millisi ilə oyun öncəsi nə söylədi?

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərinə qarşı keçirəcəyi matçlardan öncə mətbuat konfransında fikirlərini bildirib.

41 yaşlı hücumçu qarşıdakı görüşlərdə oynaya biləcəyini söyləyib:

“Yaxşı komandamız var, amma çətin qrupdayıq. Özümü yaxşı hiss etsəm və baş məşqçi şans versə, ölkəmə köməklik edəcəyəm. Mənim yaşımda gələcək barədə deyil, indiki vaxt haqqında düşünməlisiniz”.

Xatırladaq ki, İsveç yığması martın 24-də Belçikanı, üç gün sonra Azərbaycan millisini qəbul edəcək.

Mənbə: fcupdate.nl

Daha çox xəbərlər