Böyük Zəfərin başlanğıcı – Aprel döyüşləri
Aprelin 4-də Şorəlli kənd tam orta məktəbin şagirdləri Aprel döyüşlərinin 7-ci ildönümü ilə əlaqədar şəhidlər xiyabanına ziyarət edərək aprel şəhidlərimizin məzarlarına gül dəstəsi qoyaraq yad etmişlər.Diqqətə çatdırılıb ki, Aprel döyüşləri 2020-ci ildəki 44 günlük müharibədə qazanılan şanlı Zəfərin başlanğıcı idi. Yeddi il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırdı.
ARANTV.AZ
Nilufər Əliyeva







