Cəmiyyət 

SN: Orqanizmdə hansısa vitaminin həddindən artıq olması da zərərlidir

Vitamin çatışmazlığı kimi orqanizmdə hansısa vitaminin həddindən artıq olması da zərərlidir.

ARANTV.AZ  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssi-eksperti, terapevt Zakir Quliyev deyib. Həkimin sözlərinə görə, vitamin qəbul edərkən mütləq həkimlə məsləhətləşmək lazımdır:

“Simptomlarla vitamin çatışmazlığı barədə diaqnoz qoyula bilməz. Həmin simptomlar başqa xəstəliklərin də əlamətləri ola bilər. Ona görə orqanizmdə hansı vitaminlərin çatışmadığını müəyən etmək üçün həkimə müraciət etmək lazımdır”.

Daha çox xəbərlər