Bu gün axşamdan hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ
Aprelin 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə “İki sahil”ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Qərb küləyi 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Çaylarda sululuğun artacağı ehtimalı var.

