Kriminal 

Bakıda dost dostu kürəyindən bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirli bilinən Nemət Alcanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

ARANTV.AZ ölkə.az-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 17-nə təyin olunub.

Qeyd edək ki, ötən il noyabrın 29-da səhər saat 5 radələrində Ağcabədi rayon sakini Nüsrət Aslanov Nəsimi rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dostunu bıçaqlamaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş N.Alcanov saxlanılıb.

Onun barəsində Cinayət Məəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Daha çox xəbərlər