Qurban bayramına sayılı günlər qaldı – Heyvan bazarında qiymətlər necədir?
Qurban bayramına sayılı günlər qaldıqca paytaxt və bölgələrdə qurbanlıq heyvan satışına hazırlıq işləri sürətlənib. Artıq qurbanlıq ət satışı və kəsimi məntəqələrinin fəaliyyət göstərəcəyi ərazilər açıqlanıb.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, hazırda Binə və Şüvəlan qəsəbəsi ərazilərində qoyun və quzunun bir kiloqrama görə diri çəkisi 11 manata, kəsilmiş halda isə 22 manata təklif olunur. Dana ətinin diri çəkisinin 1 kiloqramı 9 manat, kəsilmiş halda isə 18 manatdır.
Regionlarda isə qiymətlər nisbətən daha münasibdir.
Belə ki, Şamaxı, Ağsu, İsmayıllı, Qobustan, Ağdaş, Göyçay və Kürdəmir ərazilərində qoyun və quzunun 1 kiloqram görə diri çəkisi 10 manata, kəsilmiş şəkildə isə 20 manata satılır. Dana ətinin diri çəkisi bir kiloqrama görə 8 manat 50 qəpik, kəsilmiş formada isə 17 manat təşkil edir.

