Millət vəkili: “Hər bir azərbaycanlı beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentini dəstəkləməlidir”
Azərbaycan Prezidenti İlham Əliyev Belçikada keçirdiyi görüşlərdə ölkəmizin ərazi bütövlüyü məsələsini qaldırdı.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.
Millət vəkili bildirib ki, hər bir azərbaycanlı beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentini dəstəkləməlidir:
“Azərbaycanlılar işğalçı ölkənin baş nazirinə qarşı etiraz aksiyası keçirməlidir. Son dövrlərdə bu istiqamətdə işlər aparılır. Diasporla İş üzrə Dövlət Komitəsi azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib işlər görür”.

