Cəmiyyət Ramazan 

22-ci günün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 22-ci günüdür.

ARANTV.AZ  xəbər verir ki,  Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 13-də imsak vaxtı saat 04:36-də, iftar vaxtı isə 19:31-dədir.

İmsak duası:

“İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!”

İftar duası:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

Daha çox xəbərlər