Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Türkiyə qlobal gücə çevrilib…

By Vüsal Rafiqoğlu
13.04.2023 5 Min Read

Bu il qardaş Türkiyədə də əlamətdar tarixlər yaşanmaqdadır. 2023-cü il həm Cümhuriyyətin 100-cü ildönümü, həm də növbəti prezident seçkiləri ilə tarixə yazılacaq. Müasir Türkiyənin əsası 100 il öncə – 1923-cü ildə qoyuldu. Hələ Ərzurum qurultayında çıxışı zamanı Qazi Mustafa Kamal Paşa qələbədən sonra idarə formasının Cümhuriyyət olacağını bəyan etmişdi. 1922-ci ilin noyabrın 1-də dövlət idarə – üsulunda sultanlığın ləğvi ilə Türkiyənin tarixində yeni mərhələ başlandı.

Milli mübarizənin zəfər çalmasında tarixi rol oynamış Türkiyə Böyük Millət Məclisinin (TBMM) birinci dövr üzvləri yeni seçki qərarı verərək (1 aprel 1923) buraxıldılar. Yeni seçkilərin keçirilməsindən sonra TBMM ikinci müddətə fəaliyyətə başladı. Yeni qurulan parlament Lozanna Sülh Müqaviləsini ratifikasiya etdi. Beləliklə, milli müstəqillik tam şəkildə reallaşdı. 1923-cü ildə yaşanan hökumət böhranı isə Mustafa Kamal Paşaya Cümhuriyyəti elan etmək üçün çoxdan gözlədiyi fürsəti verdi. 1923-cü il oktyabrın 28-i axşama qədər hökuməti qurmaq mümkün olmayandan sonra Mustafa Kamal Paşa Çankaya Köşkündə dostlarına “Sabah Cümhuriyyəti elan edəcəyik!”, – dedi. Həmin gecə İsmət Paşa ilə birlikdə 1921-ci il Konstitusiyasının bəzi maddələrini dəyişdirən qanun layihəsi hazırladılar. Türkiyə Böyük Millət Məclisində “Türkiyə dövlətinin idarə forması cümhuriyyətdir” müddəasını ehtiva edən qanun layihəsi ilə bağlı çıxışlardan sonra Cümhuriyyətin elan edilməsi təsdiqləndi. Beləliklə, türk dünyası üçün, Türkiyə üçün yeni inkişaf erasının əsası qoyuldu.

Ötən 100 ildə mühüm inkişaf yolu keçmiş Türkiyə Respublikasının son 20 ilə yaxın zaman kəsiyində əldə etdiyi nailiyyətlər xüsusi vurğulanmalıdır. Qardaş ölkə Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə sürətli inkişaf yolu keçib, dövlət başçısının tapşırığı ilə xüsusilə infrastruktur sahəsində qlobal layihələr reallaşdırılıb və bu proses davam etməkdədir. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır – Avrasiya məkanında yaşanan kataklizmlərdə Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan yeni tipli silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi 2023-cü il üçün mühüm perspektivlər formalaşdırır. Siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadığı mühüm rol, Qafqazda siyasi münasibətlərin müəyyənləşməsinə təsiri Türkiyənin 2023-cü il üçün müəyyənləşdirdiyi hədəflərin əsas ştrixləridir. 2023-cü illə bağlı strateji planların əsasında həm də Türkiyə iqtisadiyyatının daha da şaxələndirilməsi, milli müdafiə sənayesinin inkişafı, Avropa və Asiya ilə əlaqələrin daha da yüksək səviyyəyə çatdırılması kimi məsələlər dayanır. Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyinin 2023-2025-ci illəri əhatə edən Ortamüddətli Proqramında (MTP) bildirilir ki, inflyasiya hədəfi 2023-cü ildə 24,9 faiz, 2024-cü ildə isə 13,8 faiz səviyyəsində müəyyən edilib. Bu il və 2023-cü il üçün iqtisadi artım hədəfi 5 faiz, 2024 və 2025-ci il üçün 5,5 faiz proqnozlaşdırılıb. MTP-yə görə, Türkiyədə işsizlik səviyyəsi 2023-cü il üçün 10,4 faiz, 2024-cü ildə 9,9 faizvə 2025-ci il üçün 9,6 faizə enəcək.

Eləcə də Türkiyədə Milli Süni Zəka (SZ) Strategiyası (2021-2025) davam etdiriləcək. Bəlli olduğu kimi, Strategiya 11-ci İnkişaf Planı çərçivəsində Sənaye və Texnologiya Nazirliyi və Prezident Administrasiyasının aidiyyəti ofisi tərəfindən birgə hazırlanıb. Sənəddə Türkiyənin 2025-ci ildə SZ sahəsində nail olmağı planlaşdırdığı hədəflər yer alır. Son illərdə əldə olunan uğurlar, yeni texnologiyaya əsaslanan silahların hazırlanması isə bu hədəflərin uğurla həyata keçirildiyini deməyə əsas verir. Belə ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2018-2022-ci illəri əhatə edən hesabatına əsasən, son illərdə pilotsuz uçuş aparatları (PUA), zirehli texnika və raket sistemləri ilə müdafiə sənayesində ciddi irəliləyiş əldə edən Türkiyə dünyanın 12-ci ən böyük silah ixracatçısına çevrilib. Türk silahlarının ən böyük alıcıları Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omandır. Əvvəlki hesabatla müqayisədə silah satışlarını 2 dəfə artıran Türkiyə ötən il 4 milyard dollarlıq silah satıb, bu il isə silah satışlarını daha da artırmağı planlaşdırır. Qardaş ölkənin müdafiə sənayesi şirkətləri dünyanın 30-a yaxın ölkəsinə ixrac edilən “Bayraktar TB2”, “Anka”, “Aksungur”, “Akıncı” pilotsuz uçuş aparatlarını istehsal edir. Ölkənin xarici şirkətlərdən asılılığına son qoymaq üçün yerli müəssisələrdə milli döyüş təyyarələri, helikopterlər, hərbi gəmilər, zirehli texnika və silah-sursat hazırlanır.

Azərbaycan Ordusu da Türkiyənin istehsal etdiyi silah, texnika və sursatlardan istifadə edir. Belə ki, ordumuzun silah arsenalında olan “Bayraktar TB2”, “Kargu” PUA-ları, “Kobra” zirehli maşınları, “Qasırğa”, “Sakarya” raket sistemləri və digər müasir texnika və silahlar Türkiyədən tədarük edilib. İkinci Qarabağ müharibəsində Türkiyə istehsalı silah və texnika Ermənistan ordusunun məhv edilməsində xüsusi rol oynayıb. Müharibədən sonra Türkiyənin PUA satışlarında ciddi artım qeydə alınıb. Məlumata görə, bir çox Afrika və Asiya ölkələri Türkiyədən “Bayraktar TB2” PUA-sını sifariş edib.

Son illərdə müdafiə sənayesi sahəsində sürətlə yüksələn Türkiyə bir neçə gün öncə yeni bir ilkə imza atdı. Aprelin 10-da yerli şirkətlər tərəfindən inşa edilən “TCG Anadolu” amfibiya hücum gəmisi Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. 2016-cı ildə inşasına başlanan “TCG Anadolu” PUA (pilotsuz uçuş aparatları) gəmisi dünyanın ilk PUA gəmisi hesab olunur. Türkiyə mətbuatına istinadən deyək ki, qardaş ölkənin yerli şirkətləri tərəfindən istehsal edilən “Bayraktar TB3” PUA-ları, “KızılElma” insansız qırıcıları, “Hürjet” təlim təyyarələri hərbi gəmidən enib-qalxa biləcək. Uzunluğu 231 metr, eni 32 metr olan “TCG Anadolu” vasitəsilə 19 helikopter, 30 müxtəlif zərbə PUA-ları, 13 tank və digər zirehli texnikalarda daşına biləcək. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olan “TCG Anadolu” 1400 hərbçi daşımaq qabiliyyətinə malikdir. Hərbi baxımdan “TCG Anadolu” Türkiyə və müttəfiqlərinə çevik imkanlar təqdim edəcək. Bu kimi strateji döyüş gəmiləri əməliyyat planına uyğun olaraq öz tapşırıq qrupları ilə birlikdə hərəkət edirlər.

Keçirilən mərasim zamanı Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyənin müdafiə büdcəsinin 75 milyard dollara çatdırılacağını bəyan edib. Bu il rəsmi Ankara mütəffiq ölkələrə silah ixracını 6 milyard dollara artırmağı, yeni silah və texnika istehsal etməyi planlaşdırır. 2023-cü ildə yerli şirkətlər tərəfindən hazırlanan MMU döyüş təyyarəsi, “Hürjet” reaktiv təlim təyyarəsi, “Gökbey” helikopteri, “hava-hava” tipli raketlər, “KızılElma” insansız qırıcıları, “Tayfun” ballistik raketləri, “Altay” tankları, “Siper” hava hücumundan müdafiə sistemlərində ciddi inkişaf qeydə alınacaq. Hazırda Türkiyənin silah və texnikaya olan ehtiyacının 70 faizindən çoxu yerli şirkətlər tərəfindən qarşılanır.

Son günlər Azərbaycan xalqı qardaş Türkiyənin daha bir uğuruna şahidlik etdi. Belə ki, Türkiyənin 60 illik xəyalı gerçək oldu – avtomobil sənayesində yeni dövrün başlanğıcı sayılan və yerli marka olan “Togg” elektromobilinin kütləvi istehsalına start verildi. Hər zaman qardaş Türkiyəyə dəstək olan, onun uğurlarına özününkü kimi sevinən Azərbaycan bu dəfə də qardaş Türkiyənin sevincinə şərik oldu. “Togg” elektromobilinin birincisi Prezident Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana, ikincisi isə aprelin 4-də Prezident İlham Əliyevə təqdim olundu.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm dostluq və qardaşlıq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Məlum olduğu kimi, indiyədək Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı ilə həyata keçirilən iqtisadi layihələr həm də Orta Asiyanın türkdilli dövlətləri üçün geniş imkanlar yaradıb. İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün və təhlükəsizliyin əbədi bərqərar olması üçün edilən real təşəbbüslərin də təməlində Azərbaycan – Türkiyə qardaşlığı dayanır. Bölgədə yaranmış yeni reallıqlar fonunda Bakı və Ankaranın yürütdüyü sülhpərvər siyasət bunu təsdiq edir. İki dövlət sülhün təmin edilməsi, regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaradılması, inteqrasiyanın dərinləşməsi üçün səylərini əsirgəmirlər. Hansı ki, bütün bunlar regionun nikbin və təhlükəsiz gələcəyinə xidmət edir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qazaxıstan telekanalı Heydər Əliyevin xatirəsinə həsr olunmuş film hazırlayıb VİDEO

Next

22-ci günün duası – İmsak və iftar vaxtı

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv