Bölgə Gündəm Hadisə Region Xəbərləri 

Bərdədə şam ağacları kütləvi şəkildə quruyur-VİDEO

Qarabağın giriş qapısı sayılan Bərdə yaşıllıqları ilə də fərqlənir. Burada Azərbaycanın digər şəhər və rayonları ilə müqayisədə park və xiyabanların sayı çoxdur. Yayı isti keçən rayonun insanları daha çox sərinləmək üçün parklara üz tuturlar. Burada şam ağacları üstünlük təşkil edir. Amma son günlər Bərdə şəhərində yerləşən Qala türbə və torpaq qala kompleksində salınan parkda yaranan mənzərə ürək parçalayır. Belə ki, parkda 50-Yə yaxın Eldar şamı quruyub. Yerli sakinlər ağaclarda hər hansı bir xəstəlik olduğundan belə mənzərə yarandığını bildiriblər.Rayon sakinlərinin sözlərinə görə parkın bir hissəsində şam ağacları yaşıl qaliblar, digər tərəfində isə quruyub məhv olub. Uzun illərdir ki,ərazidə əkilən şam ağacları bura xüsusi gözəllik verirdi. Hər tərəf yaşıllıq, kölgəlik olurdu.Amma son dövrlər ağaclar kütləvi qurumağa başlayıb. Ərizədə quruyan ağacların sayı artmaqdadır. Ağacının Qabığı soyula-soyula gedir. Bu cür ağaclar parkda gəzən insanlar üçün də təhlükə mənbəyidir.Məsələyə bağlı Ekologiya və təbii sərvətlər nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sözü gedən ərazi rayon icra hakimiyyətinin tabeliyindədir. Bu səbəbdən də ərazidə yaşıllıq zolağına onlar cavabdehlik daşıyır. ARANTV.AZ

Daha çox xəbərlər