Cəmiyyət 

Azərbaycanda film kimi OLAY! 40 ildən sonra valideynlərinin ögey olduğunu öyrəndi – FOTO

58 yaşlı Rövşən İsrafilov ATV televiziyasında yayımlanan “BİZİMLƏSƏN” verilişində bioloji valideynlərinin axtarışına çıxıb.

O, 40 ildən sonra onu böyüdən ailənin valideynləri olmadığını öyrənib.

“Mən 1 saylı Uşaq Evindən övladlığa götürülmüşəm. İllər sonra bir dəfə anam mənə dedi ki, sənə bir sənəd verəcəm. Xeyli vaxt keçdi, lakin anam o sənədi mənə vermədi. Mənə isə çox maraqlı idi o nə sənəddir. Ancaq utanırdım anamdan sənədi istəməyə. Elə oldu ki, bir dəfə sənədi özüm tapdım. Sənədi oxuyandan sonra bildim ki, valideynlərim məni uşaq evindən götürüb”.

Daha sonra studiyaya Rövşən İsarfilovun bacısı Gülər adı qadın dəvət olunub. Gülər xanım qardaşı Rövşənlə bağlı qaranlıq məqamlara aydınlıq gətirib.

mənbə: sonxeber.az
Azərbaycanda film kimi OLAY! 40 ildən sonra valideynlərinin ögey olduğunu öyrəndi - FOTO

Daha çox xəbərlər