Magistral yolda sürücü ayağını pəncərədən çıxarıb MAŞIN SÜRDÜ – FOTO
Bakıda yük maşınını idarə edən sürücünün bir ayağını pəncərədən çölə çıxarmasının görüntüləri yayılıb.
Bakı-Ələt-Qazax magistralının Qaradağ rayonunun Səngəçal qəsəbəsindən keçən hissəsində toyuq daşıyan “QazEL” markalı yük maşınını sürən şəxs pir ayağını pəncərədən bayıra çıxarıb.
Həmin sürücünün bu hərəkəti yoldan keçən digər sürücü və sərnişinlərin marağını cəlb edib. (publika)

