Bakıda 24 yaşlı oğul atasını qətlə yetirdi — TƏFƏRRÜAT
Bakıda atasını öldürməkdə təqsirləndirilən 24 yaşlı Laçın Novruzovun barəsində olan hökmdən prokurorun verdiyi apelyasiya protesti üzrə məhkəmə prosesi davam edir.
ARANTV.AZ “Ölkə.Az”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası may ayının 30-na təyin olunub.
Hadisə paytaxtın Binəqədi rayonunun Müşviqabad qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası – 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə mübahisə edib. Mübahisəyə səbəb isə atanın içkili olması olub. Mübahisə nəticəsində L.Novruzov M.Məmmədovu çoxsaylı bıçaq zərbələri ilə – 20 bıçaq zərbəsi endirməklə qətlə yetirib.
Məlumata görə, ata M.Məmmədov içki aludəçisi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranıb. Hadisə baş verən günü evə yenidən içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. Buna görə də L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Laçın Novruzovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Amma məhkəmənin hökmü ilə Laçın Novruzov 10 il müddətinə azadlıqdam məhrum edilib. Prokuror həmin cəzanın artırılmasını təklif edib.

