Dünya 

İranda tayfa davası – 3 nəfər öldü

İranın qərbində yerləşən Lorestan vilayətinin Xürrəmabad rayonunda tayfa daxilində qarşıdurma baş verib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, insident nəticəsində 3 nəfər ölüb.

Hadisə barədə açıqlama verən İranın Lorestan vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Rza Şiravəjən qarşıdurma zamanı daha 3 nəfərin isə yaralandığını qeyd edib.

R.Şiravəjən əlavə edib ki, ötən gün baş verən hadisə ilə əlaqədar 30 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər