SON DƏQİQƏ: Azərbaycan-İran sərhədində problem yaranıb – VİDEO
Azərbaycan-İran sərhədində yenidən problem yaranıb.
ARANTV.AZ xəbər verir ki, BAKU.WS-in sərhəddə olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saatlarında Astara istiqamətindəki keçid məntəqəsində, İran tərəfində yenidən problemlər yaranıb.
Belə ki, səhər saat 9-dan sonra İran tərəfi Azərbaycandan qarşı tərəfə keçmək istəyənləri buraxmır. Bildirilir ki, texniki problem yaranıb.
Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Natiq Axundov BAKU.WS-ə bildirdi ki, məsələ araşdırılacaq və tezliklə açıqlama veriləcək.

