Bakıda ağırçəkili qadın çarpayıdan yıxıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri Bakıda çarpayıdan yıxılan ağırçəkili qadına kömək göstəriblər.
ARANTV.AZ xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda çarpayıdan yıxılan ağırçəkili qadına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış ünvanına gələrək vətəndaşa müvafiq köməklik göstərib.Unikal.org

