YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları Ramazan bayramını şəhid ailələri ilə birlikdə keçirmişlər.
ARANTV.AZ xəbər verir ki,YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla təşkilatın sədr müavini Elməddin Əsgərxanov, məsləhətçi Nurayə Məmmədova və partiya fəalı, “Bərdə – Çörək” ASC-nin rəhbəri Məhərrəm Səfiyev Ramazan bayramı günündə Vətən müharibəsi şəhidləri – “Qarabağ” ordenli şəhid Asəf Əsgərovun, “Azərbaycan bayrağı” ordenli şəhid Dövran Naibovun, ölümündən sonra üc medala layiq görülmüş şəhid Ərəstun Xıdırovun ailəsində olmuş, Ramazan bayramını onlarla birlikdə qeyd etmişlər.
Görüş zamanı Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun tarixi Zəfərindən və bu qələbəni qanları və canları hesabına əbədilik muqəddəşləşdirmiş şəhidlərimizin igidliklərindən və Vətən sevgisindən danışmışlar. Şəhid övladlarının can qoyduqları amalı uca tutaraq YAP -a yenicə üzv olmuş şəhid anaları Xuraman Naibova, Səidə Xıdırova və şəhid Asəfin həyat yoldaşı Aydan Əsgərova bütün şəhid ailələri adından ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya bu kateqoriyadan olan insanlara diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə etmişlər.
YAP Bərdə rayon təşkilatının fəalları şəhid ailələrinin problem və çətinlikləri ilə maraqlanmış, müəyyən köməkliklər göstərmişlər.


