Hava 

Hava dəyişəcək – Qar yağacaq, güclü külək əsəcək

Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,

Azərbaycanın rayonlarında

Aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi 27-də bəzi yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Daha çox xəbərlər