Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Bu gün 7 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehparə Mustafayeva Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verib. O bildirib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində olub. Bu gün bu müasir məktəbdə keçirilən tədbir də Ulu Öndərin xatirəsinə olan kiçik bir ehtiramın nümunəsidir.Məktəbin akt zalında Azərbaycan xalqının dahi oğlu,qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin yubleyinə həsr olunmuş tədbirə start verilib. Əvvəlcə Ulu Öndər və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
ARANTV.AZ
Nilufər Əliyeva





