Kriminal 

Bakıda taekvando üzrə Respublika çempionunu bıçaqladılar

Cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən Orduxanlı Novruz Qədir oğlu Ali Məhkəməyə müraciət edib.

ARANTV.AZ  xəbər verir ki, təqsirləndirilən şəxsin müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Əli Seyfəliyevin sədrliyi ilə iyul ayının 24-də keçiriləcək.
İttiham aktına görə, hadisə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Səbuhi İsmayılov “Mehdiabad dairəsi” kimi tanınan ərazidə Novruz Orduxanlı ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Bu zaman Novruz S.İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, S.İsmayılov Taekvondo üzrə XXlll Respublika çempionatında 63 kiloqram çəki dərəcəsində birinci yeri tutub.


Ölkə.Az

Daha çox xəbərlər