Bakıda 53 yaşlı kişini evində bıçaqladılar
Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, 53 yaşlı Pirallahı rayon sakini Tolkaçyov İqor Yuyeviç yaşadığı evdə bıçaqlanıb.
Döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı cərrahi əməliyyat olunub.
Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi araşdırılır.
Ölkə.Az

