Region Xəbərləri 

Heydər Əliyev və Azərbaycan Təhsili

Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz  ölkələrinin iqtisadi və mədəni  yüksəlişini təmin edir, həm də mədəniyyətə böyük tövhə vermiş olurlar. Bu mənada Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərtdiyi qayğı və diqqət özünə məxsusluqu ilə seçilir. Belə ki, möhtərəm Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi  mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi qavranılır.

Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyir:

“Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz  indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır.”

Heydər Əliyev həmişə öz nitqində demişdir:

“İndi Azərbaycan müstəqil dövlətdir. Respublikamızın müstəqil dövlət kimi Azərbaycanın öz milli diologiya  konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsinin də milli məqsədlər, mənafelər əsasında qurulmalıdır.”

Heydər Əliyev Azərbaycan qurultayında dövlətin təhsil sahəsinə münasibətini belə ifadə etmişdir:

“Biz müstəqil  dövlət olaraq özümümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan  sonra daha da təkminləşdirəcək”.Azərbaycanda təhsilin dünyanın inkişaf  tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatmasında Ümummilli lider Heydər Əliyevin xidmətləri az olmamışdır.  Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü 1969-cu il 14 iyun tarixindən başlanılır. İndi ölkəmizdə faliyyət göstərən ümumi, texniki-peşə, orta ixtisas, ali eləcədə əlavə təhsil müəssələrinin geniş şəbəkəsi, güclü elmi-pedoqoji kadr korpusu  öz mənbəyini məhz keçən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində  aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən  genişmiqyaslı təhsil quruculuğu  işi gələcək  inkişafın güclü təməlini qoymuşdur.

Heydər Əliyev milli tərəqqinin, elmin, mədəniyyətin və mənəviyyatın inkişafının əvəzedilməz vastəsi olan təhsilə tövhələrindən, qayğısından, xalqın təhsillənməsi, təhsil sisteminin ahəngdar inkişafı yolundakı xidmətləri ölçüyə gəlməzdir.

Dahi rəhbər  Heydər  Əliyev təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olub.

 

Müdrik  siyasi və dövlət  xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son  illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verir.

 

Məmmədova Tofiqə Zahid qızı

Milli Qəhrəman Elgiz Kərimov adına Bərdə şəhər 4 nömrəli tam orta məktəbin direktoru,

“Ən Yaxşı Müəllim” müsabiqəsinin qalibi, Tərəqqi medallı.

ARANTV.AZ

Nilufər Əliyeva

Daha çox xəbərlər