Cəmiyyət 

Evini su basan ailə KÖMƏKSİZ DURUMDA: İKİSİ azyaşlıdır…

Zaqatalada evini yağış suları basan vətəndaş köməksiz vəziyətdə qalıb.

ARANTV.AZ  xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə ikisi azyaşlı olmaqla 4 nəfər evdə köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.Sonxeber.az

Daha çox xəbərlər