Dünya 

Pakistanda məktəbə hücum: Yeddi müəllim həlak oldu

Pakistanın Əfqanıstanla sərhədində yerləşən Paraçinar şəhərində orta məktəbə naməlum şəxslər imtahan zamanı hücum ediblər.

İlkin məlumata görə, hücumda 7 müəllim həlak olub.

Polis faktla bağlı araşdırma başladıldığını açıqlayıb və bildirilib ki, hadisə terrorla əlaqəli ola bilər.

Adı terror hücumları ilə hallanmayan Paraçinarda şiə məzhəbinin üstünlük təşkil etdiyi məlumdur.

Mənbə: Haber Global

Daha çox xəbərlər