Diplomatiyamızın Lissabon sammitində əldə etdiyi qələbə Ermənistanı ölkəmizlə hesablaşmağa məcbur etdi.
Elə bilirdim ki, öz yaşıdlarım olan qızların hamısının adı “qaçqındı”.
İsti yay günlərindən biri idi. Məktəbə gedəcəyim ilk günü – Sentiyabırın 1-ni səbirsliklə gözləyirdim.Artıq valideyinlərim mənim üçün məktəb hazırlıqlarına başlamışdılar.Məktəbə götürmək üçün atam mənə məktəbli çantası da almışdı. Fikrim ancaq bu çantada olardı. Gecə yatanda da səhər duranda da birinci çantanı gözümdən keçirərdim. Çantadan heç gözümü çəkə bilmirdim.
O günlər uşaq ağlında olduğum üçün dünyadan o qədərdə baş açammırdım. Bilmirdim ki, vətənimin başının üstün qara buludlar alıb.
Səhər tezdən güruldayan ağır top səslərinə oyandıq. Anam təlaş, həyacan içində bizi yuxudan ayıltmışdı.
Evimiz Bərdə- Ağdam yolunun kənarında yerləşdiyindən gedən-gələn hərbi maşınları, ağır texnikaları görə bilirdik. Qarabağ cəbhəsində baş verən hadisələrdən daha tez xəbər tuta bilirdik. Bir gün atam evdən şəhərə çıxmışdı. Az keçmişdi ki, həyacanlı halda evimizə qayıtdı. Anama dedi ki, ermənlər Ağdamı işğal elədi, vəziyyət pisdi. Bu xəbər anamı çox sarsıtmışdı.Onun böyüdüyü, xatirələrinin doğma şəhəri işğal olunduğundan anamın hansı hisslər keçirdiyini təsəvvür etmək çox çətin olardı.Heç vaxt yadımdan çıxmayan həmin an mənim üçün indi də donmuş kadr effekti yaradıb. Nə baş verdiyini tam dərk etməsəm də anamın üzundə yaranan kədər və ümudsizliyi sezə bilmişdim. O günlər “ ermənilər Qarabağda Azərbaycanlıları öldurur, evlərindən qovur, dinc əhaliyə terror divanı tutur” sözlərini tez- tez eşidirdim. Yaşadığımız bina hündür mərtəbə olduğu üçün şəhərin küçələrini daha yaxşı görmək olurdu. Rayonumuza çoxlu insanlar gəlirdi.Az da olsa ağır texikaların şahidi olurduq.
Küçələrdə insan səsləri ilə bərabər güllələr şaqqıldayırdı. O vaxtlar olanları tam dərk etməsəm də indi olanların bir müharibə səhnəsi olduğunu anlyıram.
Ailəmizlə birgə rayonuzun uzaq kəndlərinə gedəndə həmyaşdlarımı analarının yanında küçələrdə görməyim heç vaxt yadaşımdan siınməyib. Biz onlara “qaçqın” deyirdik. Elə bilirdim ki, öz yaşıdlarım olan qızların hamısının adı “qaçqındı”. Amma evdən hərdən nazarət altında binanın həyətinə düşəndə evdə eşitdiyim adı binamızın qarşısında uşaqlarla oynayanda da eşidirdim.
O vaxtların bir sözü yadımdan heç vaxt çıxmaz.Böyüklər danışardı: Heydər Əliyev gəldi bizi bu bəladan qurtardı.Hamı baş verənlərə görə səriştəsiz, işbilməyən hakimiyyəti qınayırdı. Heydər Əliyevin xilaskarlıq missiyası hadisələrin yeni mərhələyə keçirmişdi.
Onu da deyim ki, müharibə bizim rayonumuzda daha çox hiss olunurdu.Çoxlu insanların köçkün kimi məcburən rayonumuza gəlməsi, çörək qıtlığı, ağlaşma səslərini eşitmək adi hala çevrilmişdi. Küçlərdə çoxlu silahlı adamlar gəzişirdi.Belə bir şəraitdə gecələr atam evdən çıxanda çox qorxardıq. Evə qayıdana qədər nigarançılıqdan üzlərdik. Evdən çıxan atam isə gecədən gedib uzun çörək nöbəsinə dayanar, çətin də olsa 5 nəfərik ailəyə 2 ədə çörək ala bilərdi. Hərdən atam çörək ala bilməyib, əliboş qayıtmasına görə ac yatmağımızı heç vaxt unutmaram.
Artıq məktəbə gedirdim. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gündən –günə həyat axarına düşürdü. Küçələrdə əvvəlki olan mənzərə dəyişmişdi. İnsanlar hayküy salmır, qabaqlardan fərqli olaraq küçələrdə yığışmırdı. Demək olar ki, həyat öz axarına düşurdü. Onu da deyim ki, oxuduğumuz məktəbdə ailələr də yaşayırdılar. Sinif yoldaşımız olan uşaqlardan bəziləri bizimlə həm oxuyur, həm də oxuduğumuz məktəbdə yaşayırdılar. Onda mən başa düşdüm ki, “qaçqın” dediyimiz bu uşaqların adı deyilmiş, sadəcə onlara məcbur olub evlərini tərk etdiklərinə görə qaçqın deyirmişlər.
Böyüdükcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü anlamağa başlayırdım. Dahi şəxsiyyətin dövlətimiz üçün gördüyü işlərin mahiyyətini dərk edirdim.
1994-cü ildə ordumuzun düşmənə tutarlı cavabı sayəsində Füzulin 30 dan artıq, Cəbrayılın bir yaşayış məntəqəsi azad edilmiş oldu. Bununla da düşmən Azərbaycan ordusunun mətin iradəsi ilə rast gəlmiş oldu. Hadisələrin inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Ümummilli lider Heydər Əliyevin ardıcıl və uzaqgörən siyasəti sayəsində həm hərb meydanında, həm də diplomatiya cəbhəsində qələbələr labüdləşdi. Məşhur Horadiz əməliyyatından sonra diplomatiyamızın Lissabon sammitində əldə etdiyi qələbə Ermənistanı ölkəmizlə hesablaşmağa məcbur etdi. Ümummilli liderin 1996 -cı ıldə özünün məntiqli siyasəti ilə Lissabon şəhərində keçirlən sammitdə düşməni çıxılmaz vəziyyətə salması, ermənilərin işğalçı olduğunu dünyaya sübut etməsi bu böyük şəxsiyətə qarşı mən də rəğbət hissi yaratmış oldu. Bununla da əvəzolunmaz liderimiz mənim fəxrimə çevrildi.
Mən indi bir azərbaycanlı kimi özümü xoşbəx sayırdım. Dinamık inkişaf sayəsində daim irəliləyən Azərbaycanımız davamlı uğurları ilə dünyanın nüfuzlu ölkəsinə çevrilməsi ümummilli lider Heydər Əıiyev dühasının təntənəsi demək idi.
Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra layiqli varis yetişdirib, bizi yeni qələbələrə istiqamətləndirməsi oldu. Çalışdım ki, Heydər Əliyev ailəsində yetişən güclü diplomat ,Ali baş komandanımız İlhamƏliyevi xalqımıza bəxş edən, bizim kimliyimizi özümuzə qaytaran və onun sayəsində bilikli, savadlı öz bacarığı ilə öndə olan cənab prezdentimizin ilk müəllimi Ulu öndər Heydər Əliyev haqqında kicik məqaləmi siznən bölüşum. Yalnız öz gözdərimlə görduyum uşaqlıq illərinin xatirəsini yazdım.
Mənim uşaqlıq ilərim Ulu öndərin ölkəmizə rəhbər olduğu vaxta düşdü.Gənclik illərim isə cənab prezident İlham Əliyevin rəhbərliyi ilə keçir.Ona görə də çox xoşbəxtəm ki, yaxı təsil almışam, 2-ci alı təhsil almaqda davam edirəm. Bütün bunlara rəğmən kiçik bir əlavə etmək istərdim.
2003 ci ildən ölkəmizə rəhbərlik edən cənab Prezidentımiz İlham Əliyev ulu öndərin butun siyası kursunu layqncə davam etirir. Onun uzaqgörən siyasəti və qətiyyətli addımları ilə 44 gün ərzində düşmən diz çökdu. Qarabağımız azad edildi. İndi başımız dik tutur, vüqarlı durmağı bacarırıq. Qarabağımızda qurucluq işləri sürətlə davam edir. Səbrsizliklə dərs hissə müdiri işlədiyim Şuşa səhər 1 saylı Malıbəyli tam orta məktəbin müəllim və şagirdləri ilə doğma Qarabağımıza qayıtmaq günun səbirsiliklə gözləyirik. Hətta yır-yığışda edirik. Tezliklə qədim Şuşamızda yeni məktəbimizdə dərsə başlaycağımız günə hər tərəfli hazır olmalıyıq.
Böyük qaydışımızla bütün bunları bizə yaşadan, bizə bəxş edən dahi insan Ulu öndər Heydər Əliyevə onun layıqli davamçısı cənab prezidentimiz İlham Əliyevə borcluyuq.
Zövqiyyə Əsədova – Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin diektor müavini