Bölgə 

Xarici səyyahlar Ağdamda olublar – FOTO

“Club 100” təşkilatının 30-dan çox səyyahdan ibarət nümayəndə heyəti bu gün Ağdamda olub.

“Report” xəbər verir ki, Skandinaviya ölkələrindən gələn tanınmış səyyahlar erməni vandalizminin sübutlarını öz gözləri ilə görüb, eləcə də Ağdamda aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Xatırladaq ki, mayın 11-də İsveçin beynəlxalq səyyahlar elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyəti burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olacaq.

Daha əvvəl ETIC, MTP, TCC, “NomadMania” kimi dünyanın əsas beynəlxalq səyyahlar şəbəkələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil edilib. Artıq ötən 2 il ərzində Qarabağ və Şərqi Zəngəzura 6 səfər təşkil olunub.

 

Daha çox xəbərlər