Siyasət 

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir

ARANTV.AZ azərtac-a istinadən bildirir ki, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudes Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

“Cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.

XXX

Belçikalıların Kralı Filip Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına təbriklərimi, rifah və firavanlıq arzularımı çatdırıram”.

Daha çox xəbərlər