İdman 

“Formula-1” İspaniya Qran Prisinin qalibi bəlli oldu

Bazar günü “Red Bull” komandasından niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının yeddinci turu olan İspaniya Qran Prisinin qalibi olub.

İkinci yeri “Mercedes”in britaniyalı pilotu Lyuis Hemilton, üçüncü yeri onun həmyerlisi və komanda yoldaşı Corc Rassel tutub.

Qeyd edək ki, Verstappen cari çempionatda 5-ci qələbəsini qazanıb və fərdi sıralamada liderliyini davam etdirir.

Mənbə: sportarena.com

Daha çox xəbərlər