Siyasət 

Orban: “Ərdoğan Ukrayna münaqişəsinin həllində vasitəçi ola bilər” – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəllər taxıl müqaviləsilə bağlı olduğu kimi, Ukrayna münaqişəsinin həllində də vasitəçi kimi çıxış edə bilər.

Bu fikri bazar günü Macarıstanın baş naziri Viktor Orban bildirib.

O qeyd edib ki, iyunun 3-də Ankarada seçkilərdə qalib gələn Ərdoğanın andiçmə mərasimində iştirak edib.

“Prezident Ərdoğanın qələbəsi onun sülhsevər mövqeyini nəzərə alsaq, bizə əlavə bir nəfəs kimi lazım idi. Əgər o, qalib gələ bilməsəydi, Türkiyə prezidentliyində müharibəni təbliğ edən bir şəxs olar və bunun nəticələri gözlənilməz olardı. Türkiyə prezidentinin taxıl tədarükü böhranı ilə bağlı etdiyi kimi, ukraynalılarla rusiyalılar arasında da vasitəçilik etmək şansı var”, – Orban Ərdoğanın andiçmə mərasiminin videosunu Twitter-də yerləşdirərək yazıb.

 

Daha çox xəbərlər