İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları dəyişdi
Prezident İlham Əliyev “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, bundan sonra müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçılardan tələb edilmir.
Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya iddiaçılar tərəfindən təmin edilir.