Şou biznes 

Manaf Tacirin oğlunun toyuna niyə pul yazdırmayıb? – VİDEO

Müğənni Manaf Ağayevin həmkarı Tacir Şahmalıoğlunun oğlunun toyunda atdığı addım hər kəsi təəccübləndirib.

ARANTV.AZ bizim media-ya istinadən xəbər verir ki, “Banu” verilişinə müsahibə verən sənətçinin Tacirin övladının məclisinə pul yazdırmadığı üzə çıxıb.

Verilişin aparıcısı, şairə Nazilə Səfərli Manafdan müsahibə alarkən bildirib ki, Tacir həmkarların toyuna 200 manat yazılır.

Bunu eşidən Manaf “Əsas odur ki, məclislə iştirak etməkdir. Sən görə bilməyəcəksən, bu gün məclisə nə qədər pul salacağam. Hamının evində dəftəri var. Kimin toya nə qədər pul atdığı o dəftərdə qeyd olunur. Bəlkə heç bu toya pul yazmayacağam?” deyib.

N.Səfərli isə M.Ağayevin bu addımını belə şərh edib:

“Manaf bu toya pul yazdırmır. Yəqin dəftərində Tacirin adı çıxmayıb”.

Daha sonra Nazilə Manafın yazdığı zərfi əlində tutaraq, üstündə qeyd olunan “Manaf Ağayev: Sən necə, mən də elə. 0 manat” yazıları ekranda nümayiş etdirib.

 

Daha çox xəbərlər