Suraxanıda bir nəfər intihar etmək istəyib
Bakı şəhərində intihara cəhd hadisəsi qeydə alınıb.
ARANTV.AZ xəbər verir ki, Suraxanı rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.Sonxeber.az
