Ölkədə mikrokreditlərin verilməsinin sadələşdirilməsi müzakirə edilib – FOTO
Azərbaycan Mərkəzi Bankında (AMB) mikrokreditlərin verilməsinin sadələşdirilməsi barədə müzakirələr aparılıb.
Bu barədə qurumun “Twitter” hesabında bildirilir.
Məlumatda deyilir ki, AMB-də “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin nəzdindəki ekspert qrupları ilə görüş keçirilib. Görüşdə Banklararası Kart Mərkəzinin inkişaf hədəfləri, bank-fintex mühitinin tənzimlənməsi, mikrokreditlərin verilməsinin sadələşdirilməsi, məsafədən bank hesabının açılması, kiberrisklərlə bağlı tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə edilib, sadalanan sahələrin hüquqi tənzimlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

