Bağça seçimi üçün vaxt açıqlanıb
Keçən tədris ilindən məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron formada həyata keçirilir. Dünəndən başlayaraq ölkə üzrə valideynlər elektron kabinet yaratmağa başlayıblar.
ARANTV.AZ xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova bildirib.
“Dünəndən yalnız kabinet yaratmağa başlanılıb. Kabinet yaradıldıqdan sonra avqustun 1-də regionlar, 8-də isə Bakı üzrə qəbul başlayacaq”, – o qeyd edib.
İlahə Rəsulova qeyd edib ki, bağça seçimi üçün valideynlər elektron kabinetdə üç məktəbəqədər təhsil müəssisəsi seçə bilər:
“Seçdikləri bağçalarda o yaş qrupu üzrə yer olanda minimum 5 gün ərzində valideynin nömrəsinə SMS gəlir. Bağçalara qəbulla bağlı elektron sistem 1-15 sentyabrda komplektləşdirməyə görə müvəqqəti olaraq bağlanacaq. Sentyabrın 15-dən sonra isə ilboyu açıq olacaq”.

