“Özəl pensiya fondlarının yaradılması istiqamətində görülən işlər davam edir”.
ARANTV.AZ xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
DSMF sədri bildirib ki, bu sahədə investisiyalar uzun müddətli hesablandığından bu məsələ həssas mövzudur: “Ona görə də bu sahədə müvafiq bazada tənzimlənmə aparılmalıdır. Qanunvericilik aktları təkmilləşdirilir və aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. Yekunda müvafiq sənədlər Milli Məclisə göndəriləcək”.
