Pakistanda cümə namazı zamanı müsəlmanlara hücum aktı qeydə alınıb.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, Bəlucistan əyalətinin paytaxtı Quetta şəhərindəki Pəştunabad bölgəsində yerləşən Rəhmanya məscidində partlayış meydana gəlib.
Hadisə zamanı 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Partlayışın səbəbi hələ ki, açıqlanmayıb.

