Bakıda motosiklet avtomobilə çırpıldı, ölən var – FOTO

Bakıda motosiklet avtomobilə çırpılıb, ölən var.

ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Ceyhun Hacıbəyli küçəsində baş verib.

Belə ki, işıqforun qırmızı işığında keçən moto sürücüsü “Mercedes Vito” markalı avtomobilə çırpılaraq qəza törədib.

Hadisə nəticəsində moto sürücüsü həyatını itirib.