İstanbulda bina yanır: ölənlər var

İstanbulda yaşayış binasında yanğın baş verib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, yanğının söndürülməsinə xeyli sayda yanğınsöndürən cəlb olunub. Ərazidə təcili tibbi yardım maşınları da var.

Binadan sakinlərin təxliyəsi aparılır.

Məlumata görə, yanğın nəticəsində ölənlər də var.