Bölgə Region Xəbərləri Təhsil 

Bərdədə şagirdlər dərs ilinə hazırlaşır, 1 saylı orta məktəb necə? -FOTO

Yeni tədris ilinin başlanmasına az qalıb. Şagirdlər və valideynlər dərs ilinə hazırlaşırlar. Məktəbli forması, ayaqqabı, iş dəftərləri, karandaş, qələm – əksəriyyəti hazırdır. Bəs dərs ilinə hazır şagirdləri qarşılayacaq məktəb binası necə, yeni dərs ilinə hazırdırmı?
Həmişə olduğu kimi valideynləri təkcə orta məktəbə yollayacağı övladlarına geyim, dərs ləvazimatları almaq məsələsi qayğılandırmır, onların təhsil aldıqı orta məktəbin vəziyəti və sanitar vəziyyəti ilə də bağlı narahatdırlar. Axı heç də məktəbin qəzalı vəziyyəti və sanitar qovşağı qənaətbəxş deyil.
Buranın sinif otaqlarında ayaq basıb gəzmək belə təhlükəlidir. Bütün döşəmələri çürüyüb, sinif otaqlarının partaları, qapı və pəncərələri yararsız vəziyyətə düşüb. Belə bir vəziyyətdə bu məktəbdə tədrisin normal şəraitdə keçirilməsi sual doğurmurmu ?
Məktəbin bufeti pis gündə, təhsil ocaqındakı sanitar qovşaqının (ayaqyollunun) primitiv olması nöqsanlar sırasındadır. Bərdə şəhər Heydər Əliyev prospektində yerləşən Tofiq İsmayılov adına 1 saylı orta məktəbin keçmiş günlərindən əsər-əlamət qalmayıb.
Yəni belə bir məktəbdə hansı həvəslə gəlib uşaq təhsil alar? Məktəb yararsız vəziyyətdədir. Burada sınıq salxaq qapılar, şüşəsiz pəncərələr, tökülən divarlar, qəzalı pilləkənlər, yararsız sinif otaqları, istismar müddətini başa vurmuş daş tavan, çürüyən taxta döşəmələr .
Buradakı acnacaqlı vəziyyət məncə hamını narahat etməlidir.
Əvvəllər sayı kimi reytinq pilləsində ilk yerdə dayanan məktəb indi nə üçün qürub çağını yaşayır?
Ənənəvi olaraq ən nümunəvi sırada olan məktəbin bütün məktəblərdə aparılan yenidənqurmadan uzaq qalması,illər sonra qəzalı vəziyyətə düşən məktəbin nüfuzuna xələl gətirib.Bir neçə il bu tendensiya ilə bu proses gedərsə məktəb tarixin qaranlıq səhifələrinə qərq ola bilər.Şəhərin mərkəzində yerləşən Tofiq İsmayılov adına 1 saylı orta məktəbin əvvəlki əzəməti üçün ümidliyik.
Vüsal Rafiqoğlu

Daha çox xəbərlər