Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli iyulun 1-dən bərpa ediləcək – Vitse-prezident
Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini iyulun 1-dən bərpa edəcək.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov deyib.
Qeyd edək ki, Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini mart ayında dayandırmışdı. Buna səbəb kəmərin Azərbaycan sahəsində aparılan təmir işləridir.
Bu müddət ərzində həmin istiqamətdə nəqli nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarük edilir.

