Dünya 

Baldızını sevən kişi arvadını öldürüb həyətdə basdırdı – DƏHŞƏT – FOTOLAR

Avstraliyada yaşayan türk əsilli ingilis vətəndaşı 37 yaşlı Ahmet Sedat adlı şəxs həyat yoldaşı 32 yaşlı Fahima Yusufu qətlə yetirib.

ARANTV.AZ  primetime.az-a istinadən xəbər verir ki, buna isə A. Sedatın baldızını sevməsi səbəb olub. Belə ki, sözügedən məsələ səbəbi ilə dəfələrlə həyat yoldaşı ilə mübahisə edən Ahmet onu öldürdükdən sonra evin həyətində basdırıb.

Fahimadan 4 gün boyunca xəbər ala bilməyən ailəsi polisə məlumat verib. Araşdırma nəticəsində qadının cansız bədəni tapılıb. Polis tərəfindən saxlanılan Sedatın internet keçmişi araşdırılıb. Nəticədə sözügedən şəxsin “bir insanı necə dəfn etmək olar?”, “həyat yoldaşın ölərsə, baldızınla necə münasibətə başlamaq olar?” tərzində arxivi ortaya çıxıb. O, verdiyi ifadədə baldızına qarşı marağının olduğunu, lakin qarşı tərəfin onu qardaş kimi gördüyünü deyib.

A. Sedat Fahimaya vurduğu ilk zərbədən sonra ayılıb “səni sevirəm” deməsinə rəğmən onu boğaraq öldürdüyünü və bunun üçün peşman olduğunu qeyd edib.

Cinayətkar 23 il müddətinə azadlıqdan məhrum edilib.
Baldızını sevən kişi arvadını öldürüb həyətdə basdırdı – DƏHŞƏT – FOTOLARBaldızını sevən kişi arvadını öldürüb həyətdə basdırdı – DƏHŞƏT – FOTOLAR

Daha çox xəbərlər