Azərbaycanda ana birinci ərindən olan oğlunun toy görüntülərini ilk dəfə canlı yayımda gördü.
ARANTV.AZ xəbər verir ki, ATV televiziyasında “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyevə qardaşı Natiqin axtarışı üçün müraciət edən Ceyranın oğlu İlkinin toy görüntüləri efirə verilib.
Ceyran efirə gedən görüntülərdə ilk dəfə İlkini tanımayıb. O daha sonra birinci həyat yoldaşından ayrıldığını bildirib:
“Siz bu məsələni açdınız deyə məndə danışacam. Mən birinci həyat yoldaşımdan ayrılmışam. İlkinin atası ilə qaçıb ailə qurmuşduq. Anası ailə qurmağımızı istəmirdi. Ancaq sonradan razı oldu. Çox kasıb ailə idik. Atam sərt olub, amma övladları üçün əsirdi. Birinci həyat yoldaşımdan 24 yaşlı İlkin adlı oğlum var. İkinci həyat yoldaşımdan isə, bir qızım. 24 ildir ki, İlkini görmürdüm. Bir dəfə də atam anama demişdi ki, “fətir bişir, yaxşı “sumka” tut, Ceyrangilə get”. Anam gəlib gətirdiyi payı yerə qoyanda mən açmadım. Qaynanam ağ xalatda gəlib cibindəki qəndə üfürüb, qənd qabına atdı. Məndən hər şeyi gizlədirdilər. Mənə heç baxmadılar. Uşaq xəstəxanada doğulandan sonra qayınatam otağa gəlib mənə dedi ki, nə yatmısan, dur ayağa. Mən ayağa duranda başım hərləndi yerə yıxıldım. Atam məni uşaqla birlikdə evlərinə gətirdi. O zaman atam söylədi ki, onlar qızıma baxmadı, mən də onların uşağına baxan deyiləm. Uşağa 3 ay mən baxdım. Qaçıb arada uşağımın yanına gedirdim, anam geri gətirirdi. Hətta qonşumuz Dilbər həmişə deyirdi ki, “Ceyranın uşağına görə mələməyi mənim beynimdədir””.


Sonxeber.az
