Şənbə, 27 İyn, 2026

Güclü partlayış – Xəsarət alan var

Şərur rayonunda qazanxanada partlayış baş verib.

ARANTV.AZ  ona-ya istinadla xəbər verir ki, rayonun Alışar kəndində qazanxanada partlayış olub. Hadisə zamanı qazanxanada işləyən 1991-ci il təvəllüdlü Abbaszadə Meysəm Məmmədbağır oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin ağır olduğu bildirilən yaralı Bakıdakı Respublika Yanıq Mərkəzinə gətirilib.