Son 10 il ərzində Azərbaycanda 39 yeni su mənbəyi yaradılıb
Son 10 il ərzində Azərbaycanda 39 yeni su mənbəyi yaradılıb.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Elkin Rüstəmov deyib.
Onun sözlərinə görə, həmin mənbələrdən saniyədə 18,6 kubmetr su götürülür: “Əhaliyə verilən içməli suyun keyfiyyətinə nəzarət etmək üçün paytaxt Bakıda və regionlarda 9 laboratoriya yaradılıb. Həmin laboratoriyalar vasitəsilə içməli suyun keyfiyyətinə nəzarət edilir”

