Cəmiyyət 

Hesablama Palatasının sədri büdcədən DANIŞDI

“2018-ci ilin dövlət büdcəsi milli valyutanın sabit dinamikası əsasında icra olunub”.

ARANTV.AZ-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V.Vüqar Gülməmmədovdeyib ki, 2018-ci ildə əvvəlki iki ildə müşahidə oulnan ikirəqəmli inflyasiya birrəqəmli səviyyəyə düşüb: “Münbit makroiqtisadi meyllər dövlət büdcəsinin uğurla icrasına zəmin yaradıb. Ancaqş 7 tədiyyə növündə büdcə proqnozu kəsirlə icra olunub. Keçən il
Neft Fondunun tansferti nəzərə alınmazsa, büdcənin gəlirləri 2017-ci illə müqayisədə 10,9 faiz çox olub. Mənfəət vergilərinin 51 faizinin neft sektoru hesabına toplandığı diqqətdə saxlanılmalıdır. Proqnozlaşdırılan vergi gəlirlərinin isə 11,7 faiz artıq icra olunduğun qeyd etmək lazımdır “.

Hesablama Platasının sədri nəzərə çatdırıb ki, büdcə xərclərinin faydalılığı ilə bağlı təhlil aparılıb: “2018-cit ildə şərti istehsal xərcləri əvvəlki illə müqayisədə 78 faiz çox olub, büdcədə çəkii də artıb. Büdcə xərclərinin strukturunda əsaslı xərc qoyuluşunda da artım müşahidə olunub. Dövlət İnvestisiya Proqramının icrası məqsədi ilə 7 milyard manatdan çox əsaslı vəsait qoyuluşu qeyri-neft sektorunun inkişafına yönəlib. 2018-ci ilin sonunda büdcə kəsrinin məbləği proqnozlaşdırılan məbləğdən 4,3 dəfə az olub. Nəticədə büdcə kəsiri ilə bağlı Avropa İttfiaqının qrantından istfiadə edilməyib. Vahid xəzinə qalığı büdcə gəlirlərinin 7,3 faizinə bərabər olub. Hesablama Paatası bu vəsaitin dövlət borclarının ödənilməsinə yönəldilməsini təklif edib “.Sonxeber.az

Daha çox xəbərlər