Biletsiz qatara minmək istədilər – Bir nəfər canından oldu
Rusiyanın paytaxtı Moskva şəhərinin “Elektrozavodskaya” dəmiryolu platformasında faciə baş verib.
ARANTV.AZ open.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər 08:15 radələrində meydana gəlib.
Üç biletsiz sərnişin hasar vasitəsilə hoppanıb, stansiyaya daxil olmağa çaılışıb. Onlar qarşı yola keçərkən, qatarın altında qalıblar.
3 nəfərdən biri hadisə yerindəcə ölüb, Digər iki nəfər yaralanıb.
Faktla bağlı istintaq başladılıb.

