Gənc qız kişiyə qarşı xuliqanlıq etdi
Xaçmazda xuliqanlıq etmiş qıza cinayət işi açılıb.
ARANTV.AZ-ın News24.az-a istinadən məlumatına görə, Xaçmaz rayon polis İdarəsində rayon sakini Allahverənzadə Günel Saleh qızı barəsində Cinayət Məcəlləsinin 221-ci, yəni xuliqanlıq əməli törətmə maddəsi ilə cinayət işi açılıb.
Onun rayon sakini Əbilov Buba Arifoğluna qarşı ictimai yerdə xuliqanlıq etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

