Hadisə 

Badamdarda 60 yaşlı qadını maşın vurdu

Bakının Səbail rayonunda 2 maşının toqquşması zamanı 1 qadın yaralanıb.

ARANTV.AZ  oxu.az-a istinadən bildirir ki, Badamdar qəsəbəsində minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında hərəkətsiz dayanan digər minik maşını, daha sonra piyada 1959-cu il təvəllüdlü İsmayılova Səadət Şükür qızını vurub.

Hadisə nəticəsində qadın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona baldır və bud sümüyünün sınığı diaqnozu qoyulub.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər