Röyadan – Konsert müjdəsi
Əməkdar artist Röya Ayxandan yeni xəbər var. ARANTV.AZ-ın məlumatına görə, müğənni solo konsertə hazırlaşır. Ayxanın “Kimin belə sevgilisi var?” adlanan tədbiri iyunun 26-da keçiriləcək. Elux Events Hallda olacaq gecədə ifaçı yeni və repertuarında olan sevilən mahnılarını səsləndirəcək. Saat 19:00-da başlayacaq olan konsertin təşkilatçısı “Kevents group”dur.


