Hadisə 

17 yaşlı oğlan özünü tövlədə asdı

Ucar rayonunda intihar hadisəsi baş verib.

ARANTV.AZ  ona.az-a istinadən xəbər verir ki, hadisə mayın 31-də axşam saatlarında rayonun Küçəkənd kəndində qeydə alınıb.

Kənd sakini 2002-ci il təvəllüdlü İman Taleh oğlu Xəlilovun asılmış meyitini yaxınları tövlədə aşkar ediblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Daha çox xəbərlər